EN

Maduro ABŞ xalqına çağırış etdi: Birlik olmaq zamanıdır!

Venesuela prezidenti Nikolas Maduro, ABŞ-ın Qərb yarımkürəsində narkotik ticarəti ilə mübarizə məqsədi daşıyan “Cənub nizəsi” əməliyyatına başladığını elan etməsindən sonra Amerika xalqını “sülh üçün Venesuela ilə birləşməyə” çağırıb.

Turkustan.az xəbər verir ki, Maduro CNN-ə açıqlamasında Karakasda keçirilən mitinq zamanı Latın Amerikası narkotik kartelləri ilə mübarizə bəhanəsi ilə ABŞ-ın bölgədəki fəaliyyətlərini tənqid edib.

O, Amerika xalqına müraciət edərək bildirib: “Amerika qitəsində sülh üçün Venesuela ilə birləşin. Artıq sonsuz müharibələrə son. Yenidən ədalətsiz müharibələr olmasın. Artıq Liviya yoxdur. Artıq Əfqanıstan yoxdur.”

Maduroya ABŞ prezidenti Donald Trampa mesajının olub-olmadığı soruşulduqda isə o, qısa şəkildə belə cavab verib: “Bəli, sülh. Bəli, sülh.”

Venesuela lideri ölkəsində “sülh yolu ilə idarəetməyə fokuslandığını” vurğulayaraq ABŞ-ı daha bir uzunmüddətli münaqişəyə qarışmamağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
40
1
turkustan.az

2Sources