EN

Baş prokurorun müavinibeynəlxalq təşkilatın direktorunu qəbul etdi

BAKI, 14 noyabr. TELEQRAF

Noyabrın 14-də Baş prokurorun müavini Elmar Camalov Mərkəzi Asiya Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin (CARICC) direktoru Mahmud Xamidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan Teleqraf-a verilən xəbərə görə, Elmar Camalov qonaqları səmimi salamlayaraq CARICC ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Cinayətkarlığın yeni təzahürlərinin təhlükə səviyyəsindən danışan Elmar Camalov, üzv ölkələrin aidiyyəti qurumları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətlər və qaçaqmalçılıqa mübarizə sahəsində bütün mümkün beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə əməkdaşlığın vacibliyini vurğulayıb və bu sahədə CARİCC-in əhəmiyyətini qeyd edib.

Elmar Camalov ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər barədə qonaqlara məlumat verərək son dövrlərdə Azərbaycanın regional mərkəzə çevrildiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mahmud Xamidov Azərbaycanda keçirilən hüquqi islahatlar, o cümlədən prokurorluq orqanlarının inkişafını vurğulayıb.

Daha sonra CARİCC-in təşkilati məsələləri müzakirə olunmaqla gələcək əməkdaşlıq perspektivləri barədə söhbət aparılıb.

Görüş zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Daha sonra qonaqlar Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, həmçinin 44 günlük Müharibəyə həsr olunmuş muzeyin fəaliyyəti ilə tanış olublar.

Sonda xatirə fotoşəkili çəkilib.

Chosen
47
teleqraf.com

1Sources