EN

Gürcüstan və Ermənistan arasında əməkdaşlıq strateji əhəmiyyət daşıyır – Boçorişvili

Gürcüstan və Ermənistan arasında əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq həm iki ölkə, həm də bütövlükdə regionun rifahı və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirilən görüşdən sonra bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan regionun sabit və sülh yolu ilə inkişafında həmişə önəmli rol oynayıb və bu missiyanı davam etdirir:

"2025-ci il iki ölkə arasında münasibətlər baxımından çox dinamik oldu. Bir sıra qarşılıqlı səfərlər, o cümlədən ali səviyyəli görüşlər baş tutdu. Bir neçə dəfə Yerevana getdik, dəfələrlə ölkənin nümayəndələrini Tbilisidə qəbul etdik. Yaxın vaxtlarda Prezidentin səfərini gözləyirik. Xalqlarımızın dostluğu və ölkələrimiz arasındakı əlaqələr siyasi dialoqun intensivliyində tam şəkildə əks olunur".

Nazir bildirib ki, görüş zamanı əməkdaşlığın prioritet istiqamətləri, gələcək addımlar və regional məsələlər müzakirə edilib. 

Gülşən Şərif

Chosen
41
bakivaxti.az

1Sources