EN

Manaf Ağayev: “Şou-biznesdə əsl dost yoxdur”

ManafManaf Ağayev: “Şou-biznesdə əsl dost yoxdur”

Minval.info xəbər verir ki, müğənni Manaf Ağayev şou-biznesdə olan dostları ilə münasibətinin bitdiyini açıqlayıb.

Axşam.az-a verdiyi açıqlamada sənətçi “Günə uğurla” verilişində bildirib ki, sənət aləmində əsl dostluq yoxdur:

“Sənətdə əsl dost yoxdur. Həmişə deyirdim ki, bunu da bir ana doğub, bir kişidən əmələ gəlib, nə olsun musiqiçidir? İndi yoxdur, əvvəl olub. İndi heç kim heç kimlə danışmır. Ayrılan kimi nə paxırı var açır. Şou-biznes yiyəsiz qalıb, uşaq əlindədir. Kimsə kiminsə uşağı ilə dalışırdısa, maşın vururdusa, Məmmədbağır Bağırzadə götürüb gedərdin qapıya. Deyərdilər, belə kişi gəlib. İndi sənətçi sayan var? Oxumaq heç kimə lazım deyil. Bunun səbəbkarı aparıcılardır: yaradır, vurur”.

Minval.info

Chosen
68
1
minval.info

5Sources