EN

Kreml amerikalıların “Cənub nizəsi” əməliyyatından danışdı – “Ümid edirik…”

Kreml ABŞ-nin “Cənub nizəsi” əməliyyatı ilə bağlı Venesuela sahillərindəki hərəkətlərinə münasibət bildirib.

NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bununla bağlıjurnalistlərin suallarını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavablandırıb.

“Vaşinqtonun qarşıdakı addımları və ABŞ qüvvələrinin Cənubi Amerika ölkəsi yaxınlığında toplanması ilə bağlı xəbərləri Kreml necə qiymətləndirir” sualına Peskovun cavabı belə olub:

“Biz ümid edirik ki, Karib dənizində və Venesuela ətrafında sabitliyin pozulmasına gətirib çıxara biləcək heç bir addım atılmayacaq”.

Noyabrın 14-nə keçən gecə Pentaqonun katibi Pit Heqset Qərb yarımkürəsində narkotiklərlə mübarizə aparan “Cənub nizəsi” əməliyyatının başladığını elan edib.

OŞ bildirib ki, missiyanın məqsədi ABŞ-nin təhlükəsizliyini təmin etmək və narkoterrorçular təhlükəsini aradan qaldırmaqdır: “Qərbi yarımkürə Amerika ərazisidir və biz onu müdafiə edəcəyik”.

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarına müraciət edərək növbəti silahlı qarşıdurmaya səbəb olmamasını istəyib. O, iddia edib ki, ABŞ narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bəhanəsi ilə analoji münaqişəni qızışdırmaq, Venesuelanın təbii sərvətlərini ələ keçirmək və “kukla hökumət” qurmaq istəyir.

Xatirə SADİQ

Chosen
38
nocomment.az

1Sources