BAKI, 14 noyabr. TELEQRAF
Prezident İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında Azərbaycanın Kiyevdə səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bununla əlaqədar ciddi narahatlığını ifadə edib.
Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.