EN

Qeyri neft sektorunun inkişafına bu amillər mane olur AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycanda qeyri-neft sektoruna mane olan əsas amil idarəetmə sisteminin artıq müasir tələblərə cavab verməməsidir".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, vergi və gömrük qanunvericiliyinin həddindən artıq tez-tez dəyişdirilməsi və iqtisadi aktivliyin artırılması tələbatına uyğun olmaması səbəblərdən biridir:"Qanunvericilik bazası kəskin şəkildə dəyişdirilməlidir, idarəetmə formasında dəyişikliklərə gedilməlidir, nazirliklərin koordinasiyası artırılmalıdır. Qeyri-neft sektorunun inkişaf tempi təbii ki, qaneedici deyil. Neftdən asılılığımız o qədər çoxdur ki, neft hasilatı düşən kimi bizdə ÜDM artım tempi 0,9 faizə düşdü. Bu onu göstərir ki, qeyri-neft sektorunda son illər nə qədər pozitiv dinamika olsa da, bu, çox azdır".Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources