EN

Qəzada şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi

Azərbaycan-Gürcüstan sərhədində C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan üç hərbçimizin Ankara Ahmet Hamdi Akseki məscidində dəfn mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki,cümə namazından sonra Hava Pilotu baş leytenant Cüneyt Kandemir, Təyyarə Təmiri baş çavuş Ümit İnce və Hava Nəqliyyatı baş çavuşu Cem Dolapçı üçün cənazə namazı qılınıb.

Mərasimə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, Milli Müdafiə naziri Yaşar Gülər, Xarici İşlər naziri Hakan Fidan, Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı və digər yüksək rütbəli dövlət rəsmiləri qatılıblar.

Rəsmi heyət şəhidlərin ailələrinə başsağlığı verib, onların xatirəsinin daim uca tutulacağını bildirib.

Mərasimdən sonra şəhidləri son mənzilə yola salıblar.



Xəbər 2 dəfə oxunub.
Chosen
129
xezernews.az

1Sources