EN

Sibir çöllərində yeni şəhər salınacaq

Rusiyanın Sibir bölgəsində yeni bir elmi-sənaye şəhərinin tikintisi ilə bağlı ideya yenidən gündəmə gəlib. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu daha əvvəl Xakasiyanın Sayanoqorsk şəhəri yaxınlığında müasir, innovativ, elmi mərkəz funksiyasını daşıyan şəhər salınmasını təklif etmişdi. Məlumatlara görə, bu ideya 15–20 il ərzində həyata keçirilə bilər və şəhər əsasən nadir torpaq metallarının istehsalı və tədqiqi üzrə ixtisaslaşacaq.

Layihənin konsepsiyasına görə, şəhər elmi mərkəz rolunu oynayacaq, əsas istehsal müəssisələri isə Sibir və Ural bölgələrindəki mövcud sənaye şəhərlərində yerləşdiriləcək. Bu konsepsiya həm iqtisadi inkişaf, həm də Sibir məkanının yeni texnoloji xəritəsinin formalaşması baxımından maraqlı addım kimi qiymətləndirilir.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

1Sources