EN

Mirzoyan Gümrü Qars dəmir yolunun açılmasından danışdı

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regional infrastrukturun blokadadan çıxarılması, o cümlədən Ermənistan ərazisindən keçən “Tramp marşrutu”nun həyata keçirilməsi bütün ölkələr üçün qarşılıqlı faydalı iqtisadi imkanlar yarada bilər.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Bu blokun açılması Cənubi Qafqazın bütün ölkələri ilə qonşu regionlar arasında maneəsiz, məsələn, Gürcüstanın Fars körfəzinə dəmir yolu əlaqəsi yaradacaq. Ermənistan-Türkiyə sərhədində Gümrü-Qars dəmir yolunun açılması da, şübhəsiz, Avropa-Asiya zəncirində əhəmiyyətli ola bilər”, - Mirzoyan bildirib.

Xatırladaq ki, xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sentyabrın 12-də İrəvanda keçirilən görüşdə Gümrü-Qars dəmir yolunun işə salınması üçün əməli addımlar atmaq barədə razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
yenisabah.az

2Sources