EN

“Cənubi Qafqaz kəsişmə nöqtəsinə çevrilə bilər”

“ABŞ Prezidentinin Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında qurulan sülh bölgənin inkişafına töhfə verəcək”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə bəyanatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, böyük potensiala malik olan Cənubi Qafqaz regionu ölkələri qarşılıqlı əlaqələri gücləndirmək üçün bir-birilə bağlı olmalıdır: 

“Bu kontekstdə “Sülh kəsişməsi” layihəsi yenilik deyil. Ermənistan Baş naziri bu layihəni Gürcüstanda təqdim edib. ABŞ prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında qurulan sülh, fikrimizcə, bölgənin inkişafına kömək edəcək. Bölgəmiz həqiqətən kəsişmə nöqtəsinə çevrilə bilər. Ermənistan və Azərbaycan arasında infrastruktur əlaqələrinin bərpası, ərazi bütövlüyü prinsipləri və digər yanaşmalar əsasında Ermənistan ərazisində “Tramp marşrutu”nun açılması irəli addımlamaq üçün bizə çoxlu imkanlar yaradır, həmçinin sabitliyi təmin edir”, - A.Mirzoyan bildirib. 

"Cebheinfo.az"

Chosen
12
1
cebheinfo.az

2Sources