Norveç millisinin vvə "Mançester Siti"nin hücumçusu Erlinq Haaland maraqlı addım atıb.
QOL.az xəbər verir ki, o, ötən gün DÇ-2026-nın seçmə mərhələsində Estoniya üzərində 4:1 hesablı qələbədən sonra komanda yoldaşlarını burgerə qonq edib.
Matçın ardından kameralar kuryerin paltardəyişmə otağına gətirdiyi burger çantalarını daşıyan Haalandı çəkib.
Qeyd edək ki, Norveç millisi hələ DÇ-2026-nın final mərhələsinə birbaşa vəsiqəni təmin etməyib. Hazırkı cədvələ əsasən, sona 1 tur qalmış komanda 21 xalla İ qrupunda liderdir. 2-ci yerdəki İtaliyanın 18 xalı var.
