EN

Ukrayna Rusiyanı "ürəyindən" vurdu 

Rusiyanın Qara dənizdəki Novorossiysk limanı Ukraynanın hücumundan sonra neft ixracını dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" yayıb. 

Bildirilir ki, eyni zamanda, Rusiyanın neft daşımaları üzrə inhisarçı şirkəti "Transneft" Novorossiyskə neft tədarükünü dayandırıb.

Jurnalistlər qeyd edirlər ki, "Transneft" limana neft tədarükünün dayandırılması ilə bağlı şərh verməkdən imtina edib.

"Reuters" agentliyi sənaye mənbələrinin oktyabr ayında Novorossiyskdən 3,22 milyon ton və ya gündə 761 000 barel neft daşındığını bildirir. Bu rəqəm 2025-ci ilin ilk 10 ayı ərzində 24,716 milyon ton təşkil edib.

Agentlik qeyd edir ki, oktyabr ayında Novorossiyskdən 1,794 milyon ton neft məhsulları ixrac edilib. Yanvar-oktyabr ayları ərzində isə bu rəqəm 16,783 milyon ton olub.

Qeyd olunur ki, Novorossiysk limanının sıradan çıxarılması son aylarda Rusiyanın neft ixrac infrastrukturuna ən böyük zərbələrdən biri olub.

Xatırladaq ki, prezident Volodimir Zelenski Ukrayna qüvvələrinin dünən gecə Rusiya ərazisindəki müəyyən hədəflərə qarşı "Uzun Neptun" raketlərindən uğurla istifadə etdiyini açıqlayıb.

Musavat.com

Chosen
32
musavat.com

1Sources