EN

Paşinyan Ermənistanda məscid tikdirəcək Sayı təəccübləndirdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə daxilində 10 yeni məscidin tikintisinə təşəbbüs göstərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ODATV nəşri Ermənistan hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Jurnalistlər beş məscidin Ermənistan-Türkiyə sərhədinə bitişik ərazilərdə, qalanlarının isə böyük şəhərlərdə tikiləcəyini dəqiqləşdiriblər.

Nəşr yazır ki, təşəbbüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəkləyib və o, layihəni iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirmək üçün bir fürsət kimi dəyərləndirib.

Ermənistan əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Baş nazir Paşinyan Ərdoğanın təklifini dəstəkləyib və artıq Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə yuxarıda adı çəkilən layihə üçün maliyyələşdirməni təmin edib.

Ermənistanda yeni məscidlərin tikintisinə dekabrın əvvəlində başlanacağı deyilir. Hazırda ölkədə yalnız bir məscid var. Bu da İrəvandakı məşhur Göy Məsciddir.

Məqalə müəlliflərinin fikrincə, bu addım İrəvanın  mədəni müxtəlifliyi təşviq etmək və iki tarixi qonşunu və qədim xalqı ayıran mübahisələrin öhdəsindən gəlmək istəyini nümayiş etdirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
2
globalinfo.az

3Sources