EN

Anar Quliyev COP30-da şəhərsalma sahəsində çoxsəviyyəli əməkdaşlığa çağırış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətiBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 30-cu sessiyası (COP30) çərçivəsində BraziliyanınBelem şəhərinə səfər edib.

Trend xəbər verir ki, komitəsədri Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlər İclasında və“Qeyri-rəsmi məskunlaşma, ərazilərin transformasiyası və mənziltəminatı” mövzusunda keçirilən dəyirmi masada çıxış edərək mənzilvə iqlim çağırışlarının həllində çoxsəviyyəli əməkdaşlığınvacibliyini vurğulayıb.

A.Quliyev, həmçinin Azərbaycanın “Böyük Qayıdış” Proqramıçərçivəsində azad edilən ərazilərdə “ağıllı” və “yaşıl” şəhərsalmaprinsiplərinə əsaslanan bərpa işlərini beynəlxalq auditoriyayatəqdim edib. O, eyni zamanda, Bakı Davamlılıq Koalisiyasının vəBMT-nin “Hər Kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçiQrupunda Azərbaycanın həmsədrlik rolunun şəhərsalma və iqlimgündəliklərinin inteqrasiyasına mühüm töhfə verdiyini qeydedib.

COP30 çərçivəsində keçirilən Şəhərsalma Günü münasibətilə təşkilolunan Nazirlər İclasında çıxış edən komitə sədri AzərbaycanınCOP29-a ev sahibliyinin çoxsəviyyəli iqlim əməkdaşlığına yeniimpuls verdiyini diqqətə çatdırıb və Çoxsəviyyəli Fəaliyyət Yolları(MAP) təşəbbüsü ilə Bakı Davamlılıq Koalisiyasının bu istiqamətdəəhəmiyyətini vurğulayıb.

Səfər zamanı, həmçinin Braziliyanın şəhərlər naziri Jader Filhoilə görüşən Anar Quliyev dayanıqlı və inklüziv şəhər inkişafısahəsində əməkdaşlıq imkanlarını müzakirə edib və Bakıdakeçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrəhazırlıqlar barədə məlumat verib.

Eyni zamanda, WUF13 üzrə milli koordinator olan Anar QuliyevCOP30 çərçivəsindəki çıxış və görüşlər zamanı iştirakçılarıAzərbaycanın COP29 təcrübəsinin və çoxsəviyyəli əməkdaşlıqgündəliyinin davamı olaraq Bakıda keçiriləcək 13-cü ÜmumdünyaŞəhərsalma Forumunda iştirak etməyə dəvət edib. O, bu qlobalplatformanın şəhərlərin gələcəyi, iqlim davamlılığı və innovativşəhərsalma sahələrində müzakirələr üçün nadir fürsət yaradacağınıvurğulayıb.

Anar
Anar
Anar
Anar
Chosen
65
11
az.trend.az

10Sources