EN

Ermənistan məhkəməsi Karapetyanın həbs müddətinin uzadılması məsələsinə baxacaq

Ermənistanın Antikorrupsiya Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyana tətbiq edilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatəti 17 noyabrda nəzərdən keçirəcək.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkillərindən biri Aram Vardevanyan bildirib.

 

"Antikorrupsiya Məhkəməsi hakim Dadoyanın sədrliyi ilə rusiyalı iş adamı Samvel Karapetyana tətbiq olunan qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatəti 17 noyabr saat 10:00-da nəzərdən keçirəcək", - Vardevanyan Facebook səhifəsində canlı yayım zamanı bildirib.

Xatırladaq ki, 18 iyunda Ermənistan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıb. Ona hakimiyyəti ələ keçirməyə yönəlmiş ictimai çağırışlar ittihamı irəli sürülüb. İrəvan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmiş və daha sonra həbs müddətini uzatmışdı.

Chosen
2
1
day.az

2Sources