EN

ABŞ-nin Perdyu Universitetində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin İndiana ştatının Perdyu Universitetində (PurdueUniversity) fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası 8Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilətədbir təşkil edib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə universitetin müxtəlif fakültələrindətəhsil alan, fərqli ölkə və mədəniyyətlərdən olan tələbələr iştirakediblər.

Perdyu Universiteti Azərbaycan Tələbə Assosiasiyasının İdarəHeyətinin üzvü və II Azərbaycan Gənclər Forumunun iştirakçısıKamran Hacıbəyli çıxışında Zəfər Gününün və Dövlət Bayrağı GünününAzərbaycan xalqı üçün dərin mənəvi əhəmiyyətindən danışıb. O, belətədbirlərin xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliyininqorunması və təbliği baxımından vacibliyini vurğulayıb. Tədbirdə,həmçinin assosiasiyanın digər üzvləri - Kənan Qurbanov, ŞəmsAdıgözəlzadə, Yusif Şükürlü, Kərim Abdullayev, Orxan Musayev ZəfərGününün önəmindən və təşkilatın gələcək planlarından bəhsediblər.

Tələbələr Azərbaycan musiqisinin sədaları altında rəqs edib,milli mətbəximizin ləziz təamlarını dadıblar. İştirakçılar arasındaəyləncəli oyunlar, Azərbaycan tarixi və mədəniyyəti haqqındaviktorinalar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.Tədbir həm əyləncəli, həm də maarifləndirici atmosferdə keçərək,Azərbaycan mədəniyyətinin təbliği və tələbələr arasında mədənimüxtəlifliyin təşviqinə töhfə verib

Azərbaycan Tələbə Assosiasiyası gələcəkdə də millibayramlarımızın qeyd olunması, eləcə də Azərbaycanın mədəni irsinintəbliği məqsədilə müxtəlif tədbirlər keçirməyi planlaşdırır.

ABŞ-nin
ABŞ-nin
ABŞ-nin
Chosen
180
3
az.trend.az

4Sources