EN

Türkiyə MN-dən Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni AÇIQLAMA

"Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəza araşdırma qrupumuz Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəmizin qalıqları üzərində tədqiqatları davam etdirir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 11-i Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb, 20 hərbçi şəhid olub.

Chosen
42
10
redaktor.az

10Sources