EN

BMW və Lexus sürücüləri əks istiqamətə çıxıb qayda pozdu 10 QO 135 və 90 OO 051 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bu gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, "BMW" markalı, 10-QO-135 və "Lexus" markalı, 90-OO-051 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxaraq həm hərəkəti ləngidib, həm də digər yol istifadəçiləri üçün ciddi təhlükə yaradıblar.

Qanunvericiliyə əsasən, əks zolağa daxil olmaq ağır qayda pozuntusu sayılır və belə hallara görə 4 bal 150 manat məbləğində cərimə tətbiq olunur.

Bu cür təhlükəli davranışların qarşısının alınması üçün nəzarət daha da gücləndirilməli, qayda pozan sürücülər məsuliyyətə cəlb edilməlidirlər.

Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
96
50
avtosfer.az

10Sources