EN

Hövsanda bina yandı - VİDEO

Suraxanı rayonunda yaşayış binasının damında yanğın baş verib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə 10-cu binanın damında yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az 

Chosen
124
4
milli.az

5Sources