EN

Zəfər Gününün qəhrəman ruhu güləş xalçasında (FOTO)

Bakı. Trend:

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM)təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yunan-Roma güləşi üzrəyeniyetmələr arasında klub turniri keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçən qəhrəmanövladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

GAİM-in icraçı direktoru Murad Muradov açılış nitqində ZəfərGününün tarixi əhəmiyyətindən və bu cür tədbirlərin gənclərinvətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədr müavini Vaqif Seyidbəyov və ölkəmizin Gürcüstandakısəfirliyinin nümayəndəsi Kəmal Xəlilov çıxışlarında Zəfər Günümünasibətilə hər kəsi təbrik edib, idmançılara uğurlararzulayıblar.

Turnir gənc idmançıların əzmkarlıq, dözüm və vətənpərvərlikruhunda keçib. Onlar tamaşaçılara maraqlı və həyəcanlı anlaryaşadıblar.

Yarışın nəticələrinə əsasən, Qızılhacılı komandası birinci, GAİMkomandası ikinci, Araflı komandası isə üçüncü yerin sahibiolublar.

Sonda qalib komandaların məşqçilərinə və idmançılara medallar,kubok və diplomlar təqdim edilib.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Chosen
176
2
az.trend.az

3Sources