Türkiyə milli komandasının heyətində itki baş verib.
Day.Az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, müdafiəçi Emirhan Topçu zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuaat xidməəti məlumat yayıb.
Â
Ayaq əzələsindən zədə alan "Beşikatş"ın futbolçusu heyətdən çıxarılıb. 25 yaşlı mərkəz müdafiəçisi müalicə almaq üçün klubunun düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Türkiyə millisi sabah evdə Bolqarıstanı qəbul edəcək.