EN

NATO-nun Rusiya üzərində heç bir üstünlüyü yoxdur..?

...NATO-nun Rusiya üzərində üstünlüyü yoxdur və daxili ziddiyyətlər üzündən "tikişləri partlayır".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki Larri Conson bunu blogger Daniel Devisin YouTube kanalında bildirib.

O, “NATO-nun birləşməsini görmək əvəzinə, təşkilat parçalanıb və konsensus olmadığı üçün tikişləri partlayır”, - deyə vurğulayıb.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi analitikinin sözlərinə görə, Şimali Atlantika Alyansının "heç bir sahədə Rusiya üzərində heç bir üstünlüyü yoxdur".

Bu fonda Polşa xarici işlər naziri Radoslav Sikorski Baltik dənizinin Şimali Atlantika Alyansı üçün "faktiki olaraq daxili dənizə çevrildiyini" bildirib.

Siyasətçi Rusiyaya qarşı regionda qabaqlayıcı tədbirlər görməyə çağırıb, çünki onun hərəkətləri guya Avropada "təhlükəsizlik və sabitlik hissini sarsıtmağa" yönəlib.

NATO-nun sualtı qayıq komandiri hesab edir ki, hərbi blok hazırda Baltik dənizində dominantlıq edir.

Lakin Dövlət Duması qeyd edib ki, amerikalı general hərbi lider Aleksandr Suvorovun prinsiplərini başa düşməyib.

Əli Babayev

Chosen
36
sia.az

1Sources