"Əgər bu, həqiqətən də baş veribsə, təbii ki, heç kimin Azərbaycan səfirliyini atəşə tutmaq niyyəti olmayıb. Biz yalnız hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən infrastruktura, hərbi obyektlərə zərbələr endiririk. Bu, elektron müharibə və hava hücumundan müdafiə sistemləri işləyəndə də baş verə bilər. Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi müəyyən izahat verməlidir ki, bunu heç kim planlaşdırmayıb”, - Çepa qeyd edib.