EN

Daha bir ölkə Rusiya səfirini çağırdı

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipaevi Rumıniya sərhədində pilotsuz uçuş aparatlarının (PUA) fraqmentlərinin aşkar edilməsi iddiası ilə bağlı çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, “Rumıniya Rusiyanın Buxarestdəki səfirini ölkənin hava məkanını pozmaq ittihamına etiraz etmək üçün çağırıb”.

Qeyd edək ki, noyabrın 11-də Rumıniya Müdafiə Nazirliyi sərhəddən 5 kilometr cənubda pilotsuz təyyarənin fraqmentlərinin aşkar edildiyi barədə məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
3
qafqazinfo.az

10Sources