EN

Restoranlarda partlayış hallarının qarşısını belə almaq olar AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"İctimai iaşə obyektlərində yanğın təhlükəsizliyi məsələsinə xüsusi yanaşmaq lazımdır". Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.O, bildirib ki, obyektin tikintisi başlamazdan əvvəl layihə sənədləri təsdiqlənir:"Layihə, fövqəladə hallar və digər müvafiq qurumların rəyləri əsasında təsdiqlənir. Təsdiqlənmiş layihədən sonra tikinti icazəsi verilir və tikinti prosesində də müvafiq dövlət qurumları və fövqəladə hallar nazirliyinin agentlikləri, idarələri iştirak edir".Ekspert bildirib ki, partlayış, yanğın halların qarşısını almaq üçün layihə prosesi və tikinti zamanı diqqətli olmaq vacibdir:"Qaz təsərrüfatı ilə bağlı problemlər qaçılmaz ola bilər, lakin restoran rəhbərliyi qaz təsərrüfatı üzrə məsul şəxs təyin etməli və müvafiq qurğu, boru xətləri və s. mütəmadi olaraq yoxlanılmalıdır. Qaz təsərrüfatı məsələsi layihənin hazırlanmasından əvvəl, layihə təsdiqləndikdən sonra, tikinti bitdikdən sonra və hətta istismar zamanı da davamlı olaraq nəzərət altında olmalıdır".Qeyd edək ki, bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində yerləşən "La Villa" restoranında yanğın baş verib.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
demokrat.az

1Sources