ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Ağ Evdə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad olunan israilli girovları qəbul edəcək.Bu barədə "The Times of Israel" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 13-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilən 20 girovun hamısı Ağ Ev rəhbərindən dəvət alıb.
Agentlik qeyd edib ki, girovlar İsrail hökumətinin vəsaiti hesabına Vaşinqtona kommersiya aviareysləri ilə uçacaqlar.