EN

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Slovakiyanın baş naziri Robert Fitso ilə yuxarı sinif şagirdləri arasında keçirilən görüş zamanı şagirdlər zalı tərk ediblər.

Paralel.az xəbər verir ki , buna səbəb Fitsonun Ukrayna münaqişəsi ilə bağlı fikirləri olub.

O bildirib ki, Aİ Ukraynadakı müharibənin davamı üçün 140 milyard avro ayıracaq və buna etiraz edib.

Gənclər onun bu fikirləri ilə razılaşmadıqda isə belə cavab verib: “Əgər siz qara köynəklərdə özünüzü belə qəhrəman hesab edir və müharibəni bu qədər dəstəkləyirsinizsə, onda ora gedin”.



Chosen
2
2
paralel.az

10Sources