EN

Rusiya Azərbaycana qarşı: Düyməyə basdı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“62 konteyner sulfat sellülozunu daşıyan qatar Moskvadan Rusiya, Qazaxıstan və Türkmənistan ərazilərindən keçərək İranın quru limanı olan Aprin limanına 13 günə çatıb. Bu da oxşar marşrut məsafəsi üçün Süveyş kanalı vasitəsilə dəniz yük daşımalarından 40% daha sürətlidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Dəmir Yolları bildirib.

Aprin şəhərinə qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir.

Rusiya Dəmir Yolları Logistikasının baş direktoru Oleq Poleyev vurğulayıb ki, müştərilərin marşruta  marağı artır:

“Şirkət ixrac, idxal və tranzit üçün etibarlı və texnoloji cəhətdən inkişaf etmiş həllər təklif etməyə hazırdır”. 

“Mütəxəssislər növbəti üç il ərzində marşrutda illik yük daşımalarının 15-20% artacağını və ixracatçıların nəqliyyat xərclərinin 10-15% azalacağını proqnozlaşdırırlar. Daşınan malların geniş çeşidi tez xarab olan və yüksək texnologiyalı malların da siyahıya daxil edilməsinə imkan verəcək”,-deyə “Pravda” yazır.

Aprin Quru Limanı 2025-ci ilin may ayında istifadəyə verilib. Bu, sürətli elektron yük emalı, gömrük rəsmiləşdirilməsi və müxtəlif ölkələrdən sənədlərin əlaqələndirilməsi ilə təchiz olunmuş böyük bir çeşidləmə terminalıdır. Aprindən yüklər daha sonra ya Çinə, ya da cənuba, İranın Bəndər Abbas limanına, oradan isə Hindistana göndərilir.

“Bu, o deməkdir ki, quru-dəniz marşrutunun tam logistika dövrü şərq qolu vasitəsilə Şimal-Cənub Rusiya-Hindistan dəhlizi daxilində həyata keçirilir. Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya ora investisiya qoyurdu. Lakin rəsmi Bakı özünü tamamilə NATO da daxil olmaqla Qərb strukturlarına yönəltdikdən və Moskva ilə qarşıdurmaya başladıqdan sonra Rusiya bu konsepsiyanı yenidən nəzərdən keçirdi”,-deyə nəşr yazır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
cebheinfo.az

2Sources