EN

Daha bir ölkə Rusiya səfirini çağırdı və NOTA VERDİ

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipayevi çağıraraq ərazisinə pilotsuz təyyarənin qalıqlarının düşməsinə etiraz edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

11 noyabrda Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hücumu fonunda sərhəd yaxınlığında pilotsuz təyyarələrin olması barədə məlumat verib. Bu, Tulça şəhərinin şimal hissəsinin sakinləri üçün həyəcan təbili çalıb.

Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyaya məxsus olan Qrindu kəndində Rumıniya pilotsuz təyyarəsinin qalıqları tapılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
29
konkret.az

1Sources