EN

Mbappe xəsarət aldı - Bu oyunda iştirak etməyəcək

Jurnalist Fabritsio Romano Kilyan Mbappenin topuq nahiyəsində yaşadığı problemlərə görə milli komandanın toplanışını tərk edəcəyini və Azərbaycanla oyunda meydana çıxmayacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa millisinin ulduz futbolçusu Kilyan Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.

“Real Madrid”in hücumçusunun sağlamlıq durumunda risk olduğu üçün heyətdən çıxarıldığı və yaxın günlərdə tibbi prosedurlara başlanacağı qeyd olunur. Bu səbəbdən hücumçu Fransa milli komandasının Azərbaycanla keçirəcəyi qarşılaşmada iştirak etməyəcək.

Azərbaycan–Fransa oyunu 16 noyabrda Bakıda keçiriləcək.

Chosen
231
28
manset.az

10Sources