Rusiyanın Perm diyarında marşrut üzrə hərəkət edən avtobus yük maşını ilə toqquşub.
Aznews.az xəbər verir ki, bu barədə TASS-a bölgədəki təcili yardım xidmətləri məlumat verib.
Agentliyin mənbəyi bildirib ki, R-243 Kostroma-Şarya-Kirov-Perm yolunun 55-ci kilometrliyində yük maşını sərnişin mikroavtobusu toqquşub. Qəzada altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Regional İstintaq Komitəsinin mətbuat xidməti ölənlər arasında yetkinlik yaşına çatmayan uşağın da olduğunu bildirib.