EN

BMT-nin baş katibi Azərbaycan səfirliyinə hücumu pislədi

BMT-nin baş katibi Antonio Quterres Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini və Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ciddi ziyanı sərt şəkildə pisləyib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Quterres mülki infrastruktura və diplomatik obyektlərə yönələn bu hücumlar beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Onun sözlərinə görə, belə hadisələr qəbul edilə bilməz. Baş katib qeyd edib ki, diplomatik səviyyədə belə hücumlar beynəlxalq əlaqələrdə gərginliyi artırır və regionda təhlükəsizlik balansını ciddi şəkildə sarsıdır.

“Diplomatik obyektlərə, eləcə də mülki infrastrukturun hədəfə alınması qətiyyən qəbuledilməzdir. Bu, beynəlxalq hüququn pozulması və sülh proseslərinə açıq təhdiddir”, – Quterres vurğulayıb.

Chosen
14
konkret.az

1Sources