Rumıniya Xarici İşlər Nazirliyi Rusiya dronlarının Rumıniya hava məkanını pozması iddiası ilə əlaqədar rəsmi Moskvaya nota verib.
Turkustan.az xəbər verir ki, Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rumıniya XİN-ə çağırılıb.
Qeyd edilib ki, səfirə Rusiya silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən Rumıniya hava məkanını pozduğuna dair maddi, çoxsaylı və inandırıcı dəlillər təqdim edilib./bakivaxti.az/