EN

Yannik Sinner qrup mərhələsini məğlubedilməz başa vurub

Dördqat “Böyük Dəbilqə” qalibi, dünya ikincisi tennisçi Yannik Sinner 2025-ci il ATP Final Turnirində qrup mərhələsini bir set belə itirmədən tamamlayaraq play-offa yüksəlib.

 90deqiqe.Az-ın məlumatına görə, italyan tennisçi qrup oyunlarında kanadalı Felix Auger-Aliassime üzərində 7:5, 6:1, alman Alexander Zverev üzərində 6:4, 6:3 hesabı ilə qələbə qazanıb.

Son qrup matçında amerikalı Ben Şeltonu 6:3, 7:6 (7:3) hesabı ilə məğlub edib.

Dünya birincisi ispaniyalı Carlos Alcaraz da qrup mərhələsini qələbələrlə başa vuraraq yarımfinala vəsiqə qazanıb, lakin ikinci turda amerikalı Taylor Fritzə bir set uduzub.

Qeyd edək ki, 2024-cü ildə Sinner bütün turnir boyunca set itirmədən titul qazanmışdı.

Chosen
26
90deqiqe.az

1Sources