EN

Sabahdan bu telefonlarda Whatsapp İŞLƏMƏYƏCƏK - SİYAHI

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqi WhatsApp 15 noyabr tarixindən etibarən bir çox köhnə model telefonlarda istifadəyə yararsız olacaq. Şirkət Android və iOS sistemli cihazlara veriləcək son yeniləmə dəstəyinin siyahısını açıqlayıb. Bu modellər arasında iPhone 6 və Samsung Galaxy S7 də yer alır.

Far.Az xəbər verir ki, WhatsApp 2016-cı il və daha əvvəl istehsal olunan smartfonlara yeniləmə dəstəyini dayandırır. İlk mərhələdə bu cihazlar yeniləmə ala bilməyəcək, daha sonra isə yeniləmə tələbləri qarşılanmadığı üçün tətbiq tamamilə açıla bilməyəcək.

Şirkət bu qərarı tətbiqə əlavə olunan yeni funksiyaların köhnə cihazlarda performans problemlərinə yol açması ilə izah edib.

Dəstəyin dayandırılması yüzlərlə modelə təsir edəcək. Siyahıda yer alan ən tanınmış cihazlar bunlardır:

-Huawei Mate 9 Pro

-Samsung Galaxy S7

-Xiaomi Mi Note 2

-HTC 10 evo

-Sony Xperia XZ

-Xiaomi Mi 5 Pro

-Samsung Galaxy C9 Pro

-iPhone 6

-iPhone 6s

Chosen
29
far.az

1Sources