Qalatasaray müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq ulduz futbolçu Mauro İkardi ilə bağlı qərarını verib. Klub 32 yaşlı hücumçunun komandada saxlayacaq.
Milli.Az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
İkardi Qalatasaray forması ilə 102 oyunda 67 qol vurub, 22 məhsuldar ötürmə edib.
Ulduz futbolçu Sarı-qırmızılılarla 3 dəfə Super Liqa çempionu olub, həmçinin Türkiyə Kuboku və Türkiyə Super Kubokunu qazanıb.
Lalə Qüdrətova
Milli.Az