EN

Rumıniya rus səfirini çağırdı – dron yenə sərhədi pozdu

Rumıniya Rusiyanın növbəti dəfə ölkə suverenliyini pozduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Buxarest Rusiyanın səfirini ölkənin hava məkanının pozulması ilə bağlı təcili olaraq Xarici İşlər Nazirliyinə çağırıb.

Hadisə Rumıniya ərazisində Rusiya istehsalı olan hərbi dronun qalıqlarının aşkar edilməsindən sonra baş verib. Ruminiyanın XİN açıqlamasında bildirilir ki, diplomata “açıq, geniş və tutarlı sübutlar” təqdim olunub. Həmin sübutlar 10-dan 11 noyabra keçən gecə baş verən insidentdə ölkənin hava məkanının pozulduğunu təsdiqləyir.

Rəsmi məlumata görə, tapılan qalıqlar cihazın Rusiya Silahlı Qüvvələrinə məxsus olduğunu və onun Ukraynanın Rumıniya sərhədinə yaxın mülki infrastruktura qarşı həyata keçirilən kütləvi hücumlarda iştirak etdiyini göstərir.

Rumıniya tərəfi bu addımı kəskin etirazla qarşılayıb və oxşar halların əvvəllər də qeydə alındığını xatırladıb. Açıqlamada bildirilir ki, ölkə vətəndaşlarını və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni vasitələrdən – o cümlədən siyasi alətlərdən və sanksiya mexanizmlərindən istifadə etmək hüququna malikdir.

 

Musavat.com

Chosen
19
musavat.com

1Sources