EN

Messi Argentinaya qələbə qazandırdı

Angola və Argentina yığmaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

43-cü dəqiqədə Lautaro Martines Lionel Messinin ötürməsindən sonra hesabı açıb. 82-ci dəqiqədə isə 38 yaşlı ulduzun özü fərqlənib. Bu dəfə Martines ona assist edib.

Chosen
3
3
publika.az

4Sources