EN

Ronaldo qırmızı vərəqədən sonra onunla mübahisə edib

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İrlandiya millisinin baş məşqçisi Heimir Hallqrimsson DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə matçda rəqibinin hücumçusu və kapitanı Kristiano Ronaldonun qırmızı vərəqə almasına toxunub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis həmin epizodda 40 yaşlı forvardın onunla mübahisə etdiyini açıqlayıb:

"O, hakimə təzyiq göstərdiyim üçün mənimlə mübahisə etdi. Məhz Ronaldonun meydandakı hərəkətləri qırmızı vərəqə ilə nəticələndi. Mənim bununla heç bir əlaqəm yox idi".

Xatırladaq ki, Ronaldo görüşün 59-cu dəqiqəsində meydandan qovulduqdan sonra İrlandiya yığmasının baş məşqçisi ilə mübahisə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
2
axar.az

3Sources