EN

Rusiyada dəhşətli qəza - Çoxlu sayda ölü və yaralı var

Rusiyanın Perm diyarında, Çerepaxi kəndi yaxınlığında avtomagistralda sərnişin mikroavtobusu ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölənlər arasında yetkinlik yaşına çatmayan bir nəfərin də olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
93
8
publika.az

10Sources