EN

“Naxçıvan”ın baş məşqçisi: “Yerli oyunçularımız yaxşı çıxış etdilər”

Azərbaycan Basketbol Liqasının VII turu çərçivəsində “Sumqayıt” öz meydanında “Naxçıvan”a 99:116 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Nikola Bozinoski oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:

“Rəqib birinci periodda çox yaxşı çıxış etdi. Biz də yaxşı mübarizə apardıq. İlk hissədə müdafiədə tam da inamlı çıxış etməsək də, yekunda yaxşı oyun göstərdik. Birinci hissədə rəqib ribaundlarda üstünlük göstərdiyi üçün sürətli hücumlar təşkil edə bilmədik. Daha sonra isə üstünlüyü ələ almağı bacardıq. Ardınca həm hücumda, həm də müdafiədə üstün mübarizə apardıq. Xüsusi olaraq yerli oyunçularımız yaxşı performans sərgilədilər. Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm. Səhvlərimizi analiz edib növbəti matçlarda təkrarlamamağa çalışacağıq”.

"Sumqayıt" qələbə seriyasını davam etdirmək niyyətindədir"

NTD amerikalı basketbolçu ilə yolları ayırıb

ABL: "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək

“Abşeron Lions” Polşa təmsilçisi ilə bacarmayıb

“Neftçi” Estoniya klubuna məğlub olub

Chosen
7
3
apasport.az

6Sources