Bakı. Trend:
Finlandiya şirkəti Nokia qlobal xərclərin azaldılması proqramıçərçivəsində 2026-cı ilə qədər Almaniyada 300 iş yerini ləğv etməyiplanlaşdırır.
Trend xəbər verirki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Şirkət həmçinin 2030-cu ilə qədər Münhen ofisini bağlamağıplanlaşdırır ki, bu da 500-dən çox əlavə iş yerinə təsirgöstərəcək. IG Metall həmkarlar ittifaqının Münhen filialınınidarəedici direktoru Daniele Friggia bildirib ki, belə bir addımxüsusilə geosiyasi çətinliklər dövründə fəlakətli siqnaldır.Hazırda Nokia Almaniyada təxminən 2,500 nəfəri işlə təmin edir.
Şirkət nümayəndəsi açıqlamasında bildirib ki, qloballokallaşdırma strategiyası çərçivəsində əsas dayanıqlılıqmərkəzlərinə investisiyalar yönəldiləcək, eyni zamanda Ulm,Ştutqart, Bonn və Düsseldorfdakı istehsal mərkəzlərində fəaliyyətdavam etdiriləcək.
Qeyd olunur ki, 2023-cü ildə Nokia qlobal miqyasda növbəti birneçə il ərzində 14,000 iş yerini ixtisar etməyi planlaşdırıb vəgözlənilən xərc qənaəti 800 milyon avrodan 1,2 milyard avroya qədərolacaq.