EN

Xorvatiya Farer adalarına qalib gələrək DÇ-2026-ya vəsiqə qazanıb - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya Farer adalarını qəbul edib.

İdman.Biz bildirir ki, meydan sahibləri matçda 3:1 hesabı ilə qələbə qazanıblar.

Qonaqların yarımmüdafiəçisi Geza David Turi matçın ilk qolunu 16-cı dəqiqədə vurub. Xorvatiya 23-cü dəqiqədə müdafiəçi Yoşko Qvardiolun vurduğu qolla hesabı bərabərləşdirib. İkinci hissədə meydan sahiblərinin hücumçusu Petar Musa komandasına üstünlük qazandırıb. Nikola Vlaşiç isə 70-ci dəqiqədə hesabı 3:1 edib.

Farer adaları səkkiz oyundan 12 xalla L qrupunda üçüncü yerdədir. Xorvatiya yeddi oyundan 19 xalla turnir cədvəlinin başındadır. Zlatko Daliçin komandası bu qələbə sayəsində 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

İdman.Biz

Chosen
18
1
idman.biz

2Sources