EN

Almaniyada 450 kiloqramlıq bomba tapıldı: 21 min sakin təxliyə olunur

BAKI, 15 noyabr. TELEQRAF

Almaniyanın Nürnberq şəhərində II Dünya müharibəsi dövrünə aid bomba tapıldıqdan sonra genişmiqyaslı təxliyə həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Bildirilir ki, yaxın ərazidə küçələr bağlanıb və sakinlərin evakuasiyası davam edir.

Ağırlığı təxminən 450 kiloqram olan sursat Nürnberqin Qrossroyt rayonunda aparılan tikinti işləri zamanı aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi əməliyyatı yalnız təxliyyə tam başa çatdıqdan sonra başlayacaq.

Hadisə yerinə partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssislər və yüzlərlə fövqəladə xidmət əməkdaşı cəlb edilib.

Chosen
193
teleqraf.com

1Sources