EN

Latın Amerikası ölkələri ABŞ-Venesuela gərginliyindən narahatdır

BAKI, 15 noyabr. TELEQRAF

Bir sıra Latın Amerikası ölkələrinin hökumətləri ABŞ-nin regionda hərbi əməliyyatlara başlama ehtimalını real ssenari kimi qiymətləndirir və Venesuelaya qarşı “aqressiv fəaliyyətlər”i pisləyən birgə bəyanat hazırlamağı müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın "UOL" portalı bölgə diplomatlarına istinadən yazıb.

Məlumata görə, Latın Amerikasında siyasi parçalanma, regional institutların zəifləməsi, Avropa və Rusiyanın diqqətinin Ukraynaya yönəlməsi, eləcə də Çinin regiondakı proseslərə reaksiya verməkdə tərəddüd etməsi fonunda ABŞ prezidenti Donald Tramp administrasiyası özünü bu mühitdə “rahat” hiss edir və müstəqil hərəkət edə biləcəyinə inanır.

UOL-un yazdığına görə, Kolumbiya ABŞ-nin əvvəl İranda həyata keçirdiyi kimi, narkokartellərin nəzarətində olan ərazilərə dəqiq hava zərbələri endirilməsi ehtimalını “real ssenarilərdən biri” hesab edir. Digər ölkələrin diplomatları arasında da oxşar narahatlıqlar mövcuddur.

Portal qeyd edir ki, Kolumbiya, Meksika və Braziliya mümkün ABŞ aviazərbəsini “son dərəcə ciddi” addım kimi qiymətləndirəcək və bunu siyasi baxımdan qəbuledilməz hesab etdiklərini ifadə etməli olacaqlar. Çünki əks halda, Vaşinqtonun regionda hərəkətlərə davam etməsi üçün presedent yaranmış olacaq.

Diplomatların fikrincə, region ölkələrinin belə addımları pisləyən birgə bəyanat yayması qaçılmaz görünür.

Chosen
31
1
teleqraf.com

2Sources