EN

OpenAI ChatGPT-də qrup söhbətləri funksiyasının sınaqlarına başladı

Bakı. Trend:

OpenAI süni intellektlə ünsiyyət imkanlarını genişləndirən yenixüsusiyyət – qrup söhbətləri – üzərində sınaqlara start verib. Bufunksiya istifadəçilərə dostlarını, ailə üzvlərini və yahəmkarlarını birbaşa ChatGPT söhbətinə əlavə etməyə imkanverir.

Trend Engadget-əistinadən xəbər verir ki, yeni imkan artıq Yaponiya, Cənubi Koreyavə Tayvan istifadəçiləri üçün əlçatandır.

OpenAI-nin məlumatına görə, qrup söhbətləri səyahətmarşrutlarının hazırlanması, restoran seçimi, təmirplanlaşdırılması və ya iş tapşırıqlarının müzakirəsi kimi birgəfəaliyyətlərdə effektiv istifadə oluna bilər. Bot təqdim olunanməlumatlara əsasən planlar hazırlaya, mətnləri qısalda və qrupmüzakirələrində aktiv iştirak edə bilir.

Qrup söhbəti yaratmaq üçün ChatGPT interfeysində bir neçəiştirakçını göstərən ikona seçilir. Aktivləşdirildikdən sonratarixçəsiz yeni söhbət açılır və istifadəçi ora 20-yə qədəriştirakçı dəvət edə bilər. Qoşulmaq üçün ad və şəkil əlavə olunmuşprofil yaratmaq tələb olunur. Söhbətə keçid paylaşmaq mümkündür vəəgər qrupda yetkinlik yaşına çatmayanlar varsa, bot məzmunuavtomatik olaraq uyğunlaşdırır.

Qrup söhbətləri GPT-5.1 Auto modeli ilə işləyir. OpenAI bildirirki, bot mesaj axınını izləyərək cavab vermək üçün ən münasib anımüəyyənləşdirə bilir. İstifadəçilər lazım gəldikdə birbaşa rəy verəbilirlər. Şirkət funksiyanı geniş tətbiqdən əvvəl ilkinistifadəçilərin rəyləri əsasında təkmilləşdirməyi planlaşdırır.

Chosen
67
1
az.trend.az

2Sources