EN

Nokia yüzlərlə iş yerini bağlayır

"Nokia" şirkəti qlobal xərclərin azaldılması proqramı çərçivəsində 2026-cı ilə qədər Almaniyada 300 iş yerini ləğv etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə KİV-lərin yazdığına görə, Finlandiya şirkəti həmçinin 2030-cu ilə qədər Münhen ofisini bağlamağı planlaşdırır. Bu da 500-dən çox əlavə iş yerinə təsir göstərəcək.

Belə bir addım xüsusilə geosiyasi çətinliklər dövründə fəlakətli siqnal hesab edilib.

Hazırda Nokia Almaniyada təxminən 2,500 nəfəri işlə təmin edir.

Chosen
44
publika.az

1Sources