Bakı. Trend:
London qalereyasından küçə rəssamı Benksinin “Şarla qız” rəsminioğurlayan kişi 13 ay müddətinə həbs cəzasına məhkum edilib.
Trend xəbər verirki, Skotland Yard açıqlama yayıb.
9 oktyabrda Bekton sakini, 49 yaşlı Larri Freyzer məhkəmədəsoyğunçuluq ittihamı ilə bağlı günahını etiraf edib. Cinayət 8sentyabr 2024-cü ildə baş verib və Freyzer iki gün sonra həbsolunub.
Təxminən 270 min funt sterlinq (355 min dollar) dəyərində olanrəsim Londonun mərkəzindəki “Grove” qalereyasına qaytarılıb.
Qeyd olunur ki, kimliyini uzun illər gizli saxlayan Benksidövrümüzün ən məşhur küçə rəssamlarından biridir. O, “Şarla qız”əsərini 2002-ci ildə qrafiti kimi yaradıb və sonradan bu mövzuyaəsaslanan bir neçə rəsm və çap əsəri hazırlayıb.