EN

"Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar" - "Bolt" şirkəti kuryeri niyə cəzalandırdı? - VİDEO

"Bolt Food" şirkətinin əməkdaşı haqsız yerə işdən çıxarıldığını (tətbiqdə bloklandığını) iddia edir. Vətəndaşın sözlərinə görə, iki ilə yaxındır "Bolt Food"la əməkdaşlıq etməsinə baxmayaraq, şirkət onu əsassız yerə bloklayıb.

 

"İki ilə yaxındır "Bolt Food"la əməkdaşlıq edirəm və rəsmi olaraq fərdi sahibkarlıq hesabında partnyor kimi işləyirəm. İki gün öncə şirkət əsassız yerə hesabımı blokladı", - deyə kuryer bildirib.

 

O, hadisənin spirtli içki sifarişini çatdıran zaman baş verdiyini qeyd edib:

 

"Sifariş qəbul etdim və onu müştərinin məkanına apardım. Müştəriyə baxanda anladım ki, 18-19 yaşı ya olar, ya olmaz. Mənə bildirdi ki, 18 yaşı var. Mən də şəxsiyyət vəsiqəsini göstərməsini istədim. Müştəri vəsiqəsinin olmadığını bildirdi. Həmin zaman dedim ki, onda portaldan təqdim et. Mən bilim ki, sənin 18 yaşın var. Axı ölkə qanunvericiliyi var. Dedi ki, yoxdur".

 

Kuryer şəxsiyyət vəsiqəsinin təqdim olunmaması halını dərhal "Bolt Food" tətbiqinin çat bölməsinə bildirib:

 

"Hadisəni onlara ətraflı şəkildə izah etdim. Rəsmi təlimat verildi ki, sifarişi geri, mağazaya təhvil verim. Mən də rəsmi olaraq onların tələbini yerinə yetirdim".

 

Lakin şirkətdən ona bildirilib ki, müştəri vəsiqəni təqdim etmək istədiyini, lakin kuryerin gözləmədiyini deyib. Kuryer isə qeyd edib ki, əgər müştərilər şikayət ünvanlayırsa, şirkət kimin haqlı olduğunu araşdırmadan əməkdaşı işdən çıxarır (bloklayır).

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 15 Noyabr 2025, 08:27   
Chosen
65
5
pravda.az

6Sources